Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“29 Yanvar –Gömrük işçilərinin peşə  günüdür “ adlı  söhbət keçirilmişdir

27.01.2022

27.01.2022- ci il tarixində  Gəncə Regional  Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemininin  11 saylı kitabxana filialı 29 yanvar Gömrük işçiləri günü münasibətilə  “29 Yanvar –Gömrük işçilərinin peşə  günüdür “ adlı  söhbət keçirdi.

Tədbiri filialın kitabxanaçısı  Nailə Məmmədova açaraq Gömrük işçilərinin peşə bayramının qeyd olunması haqqında geniş məlumat verdi.  Bu günün gömrük işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi də Heydər Əliyev adı ilə bağlıdır. Belə ki, Azərbaycan Prezidentinin 1997-ci il yanvarın 10-da imzaladığı sərəncamı ilə yanvarın 30-u gömrük əməkdaşlarının peşə bayramı günü elan edilib.

Sonra isə 11 saylı kitabxana filialının müdiri Esmira Həsənova çıxış edərək bildirdi ki, bu gün müstəqil Azərbaycanın gömrük orqanlarının yaradılmasının 30-cu ildönümü tamam olur.Dövlət Gömrük Komitəsi Azərbaycan suverenliyini bərpa etdikdən üç ay sonra – 1992-ci il yanvarın 30-da yaradılıb.Dövlət Gömrük Komitəsi ötən müddət ərzində sürətli inkişaf yolu keçib, ölkəmizdə dünya standartlarına uyğun gömrük xidməti formalaşıb. Lakin Azərbaycan gömrüyü iqtisadiyyatın digər sahələri kimi, yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yenidən qurularaq, həyata keçirilən irimiqyaslı tədbirlər və geniş kadr islahatları nəticəsində təşəkkül tapmağa başlayıb. Qısa zaman kəsiyində respublikanın iqtisadi suverenliyi və təhlükəsizliyinin etibarlı təminatçısı kimi formalaşan Azərbaycan Gömrük Xidməti bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində dünya standartlarına cavab verən modern dövlət təsisatına çevrilib.

Tədbirdə kitabxanın fəal oxucuları ilə yanaşı 44 saylı litsey-məktəbin ,45 saylı xüsusi məktəbin, 21 saylı tam orta məktəbin müəllimləri, Gəncə Dövlət Rəsm Qalereyasının işçiləri və Mədəniyyət evinin əməkdaşları iştirak etdi.

 

194.7 KB